​Yeməkxana
Bədənin qidası yemək, ağlın qidası elmdir! 

Liseyimizin yeməkxanasında 3 dəfə olmaqla qidalanma rejimi mövcuddur: səhər yeməyi, nahar yeməyi, qəlyanaltı və meyvə saatı. Məktəblilərin qidalanması yaş normativi nəzərə alınaraq, sanitar gigiyenik qaydalara uyğun şəkildə hazırlanır. Məktəblilərin yeməkdən öncə və yeməkdən sonra vacib olan gigiyenik qaydalara riayət etmələri haqqında maarifləndirmə işləri aparılır. 

Liseyin həkimi və aşpazların iştirakı ilə  məktəb heyətinin həftəlik qidalanma menyusu  tərtib edilir. Qida məhsullarının keyfiyyətinə, istehsal tarixinə, yerləşdirilmə və saxlanma şəraitinə liseyin həkimi tərəfindən gündəlik nəzarət olunur.