Məlumat
Məlumat
Beynəlxalq Cambridge məktəbi olan Evrika liseyinin təhsil sisteminə dörd təhsil səviyyəsi daxildir: məktəbə hazırlıq, ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil. Tədris Azərbaycan, rus, ingilis və türk bölmələri üzrə aparılır. Evrika Liseyində bir çox dərnəklər mövcuddur, burada şagirdlər öz maraq və istedadlarına uyğun fəaliyyətlərdə iştirak edə bilərlər.

- Azərbaycan, rus, ingilis, türk, fransız və alman dilləri tədris olunur.
- STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) beynəlxalq proqramı bütün siniflər üzrə tədris olunur.
- İbtidai siniflərdə 70-90%, orta təhsil pilləsində isə 50-60% ev tapşırıqları liseydə icra edilir (şifahi tapşırıqlar istisna olmaqla), bu da şagirdlərə evdə daha çox istirahət imkanı yaradır və valideynlərin təhsil yükünü azaldır.
- İldə 7 dəfə monitorinq və sınaq imtahanları təşkil edilir ki, bu da şagirdlərin akademik göstəricilərinin mütəmadi qiymətləndirilməsinə və inkişafına kömək edir.
- Yuxarı siniflər üçün DİM, IELTS, SAT, YÖS hazırlıq proqramları vasitəsilə şagirdlər həm yerli, həm də beynəlxalq ali təhsil müəssisələrinə qəbul üçün peşəkar şəkildə hazırlanır.

Dərs müddəti: 09:00-17:20.