Ümumi Orta Təhsil
Evrika liseyində ümumi orta təhsil mərhələsi şagirdlərin bilik və bacarıqlarının hərtərəfli inkişafına yönəlib. Tədris prosesi müəyyən olunmuş fənlər üzrə yüksək keyfiyyətli dərslərlə yanaşı, müxtəlif əlavə imkanlarla zənginləşdirilir.

Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, STEAM, informatika, məntiq və xarici dillər kimi fənlər peşəkar müəllim heyəti tərəfindən tədris olunur.

Şagirdlərin bilik səviyyəsini izləmək və onların irəliləyişini qiymətləndirmək məqsədilə aylıq monitorinqlər həyata keçirilir.

Evrika liseyi, interaktiv və müasir təhsil metodlarından istifadə edir. Şagirdlər texnologiyadan aktiv istifadə edərək dərs prosesində fəal iştirak edir, laboratoriya və təcrübə vasitəsilə praktiki biliklər əldə edirlər. 

Evrika liseyi, şagirdlərin akademik və fərdi inkişafını təmin edərək, onların uğurlu gələcək qurmasına dəstək olur. 

Liseyin məqsədi təkcə biliyi ötürmək deyil, eyni zamanda, innovativ və yaradıcı düşünən fərdlər yetişdirməkdir.