Evrika Montessori
Kids Academy
Evrika Montessori Kids Academy-də hər uşaq hörmətlə qarşılanan bir dünyaya addım atır.
Burada öyrənmə məcburiyyətlə deyil, sevgi və maraqla başlayır. Uşaqlar azad seçimlərlə yanaşı məsuliyyət daşımağı, öz qərarlarına güvənməyi və öz yolunu tapmağı öyrənir. Bu mühitdə uşaq sadəcə böyümür — özünü tanıyır, dəyərini hiss edir və həyata inamla hazırlanır.

Evrika Montessori Kids Academy 1–6 yaş arası uşaqlar üçün Montessori Toddler (Erkən İnkişaf) və Montessori Primary (Məktəbəqədər) qrupları üzrə fəaliyyət göstərir. Mərkəzimizdə Azərbaycan, Türk, Rus və İngilis bölmələri mövcuddur. Montessori metodologiyası əsasında hazırlanan çoxdilli mühit uşaqların həm intellektual, həm də sosial-emosional inkişafını gücləndirir, onları məktəbə və həyata sağlam, özünəinamlı şəkildə hazırlayır.

Evrika Montessori Kids Academy – uşağın özünü dəyərli hiss etdiyi, öyrənməyə sevgi ilə bağlandığı bir başlanğıcdır!