Evrika liseyi yenilikçi tədris metodları ilə Azərbaycanın qabaqcıl təhsil ocaqlarından biri olmağı, qlobal təhsil standartlarına uyğun tədris mühitində şagirdlərə mükəmməl təhsil təklif etməyi hədəfləyir. Şagirdlərimizin beynəlxalq arenada rəqabət edə bilən, öyrənməyi sevən və həyat boyu öyrənməyə davam edən fərdlər kimi yetişmələrini təmin etmək bizim əsas vizyonumuzdur.