Həyatda ən böyük xoşbəxtlik sağlamlıqdır. Şagirdlərin sağlamlığını qorumaq məqsədilə Evrika Liseyində ixtisaslı həkim və tibb bacısı fəaliyyət göstərir. Liseyin tibb otağı ilk tibbi yardım göstərilməsi üçün tibbi ləvazimatlar və dərmanlarla təchiz olunmuşdur.
Məktəblilərin ümumi tibbi müayinəsi və zədələnmə hallarında tibbi yardım saat 09:00-dan 17:00-dək liseyin tibb otağında təmin edilir.
Liseydə hər hansı qəza və ya həyati təhlükə yaradan vəziyyət baş verdikdə, məktəbliyə dərhal ilkin tibbi yardım göstərilir. Daha sonra valideynin razılığı və seçiminə əsasən liseyin həkiminin iştirakı ilə müvafiq tibb müəssisəsinə çatdırılır.
Əgər məktəblidə infeksion və ya virus xəstəliyi aşkarlanarsa, o, dərhal izolyasiya edilir və evə göndərilir. Bu şagird 14-21 gün ərzində karantin rejimində saxlanılır. Yoluxma halları çoxaldıqda liseydə epidemiyaya qarşı dezinfeksiya işləri aparılır.
Bundan əlavə, liseydə həm məktəblilər, həm də pedaqoji heyət üzvləri ilə sanitar maarifləndirmə işləri həyata keçirilir.