Evrika liseyində tam orta təhsil mərhələsi rəsmi dövlət kurikulumu əsasında təşkil edilir. Bununla yanaşı, lisey əlavə dərs proqramları və beynəlxalq metodologiyaları tətbiq edərək şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirməyə çalışır. 10-11-ci siniflərdə şagirdlər müxtəlif istiqamətlər üzrə ixtisaslaşma imkanı əldə edirlər:
• Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarına müvafiq hazırlıq qrupları üzrə • Xarici universitetlərin qəbul proqramlarına uyğun hazırlıq qrupları üzrə
Liseydə qiymətləndirmə sistemi mərhələli şəkildə təşkil olunur. Şagirdlər həm dövlət buraxılış imtahanlarına, həm də müxtəlif beynəlxalq sertifikat proqramlarına (SAT, IELTS və s.) hazırlaşırlar. Lisey universitetə qəbul prosesində şagirdlərə individual dəstək və məsləhətlər təqdim edir. Evrika liseyində əlavə fəaliyyətlər və inkişaf proqramları da şagirdlərimizin hərtərəfli inkişafı üçün nəzərdə tutulub:
• Karyera yönümlü seminarlar və təlimlər • Yerli və Beynəlxalq olimpiadalara hazırlıq • Tədqiqat layihələri və startap proqramları • Ali məktəb və ixtisas seçimi ilə bağlı dəstək