Evrika Liseyi şagirdlərin təhlükəsiz və rahat şəkildə məktəbə və evə çatdırılmasını təmin edən nəqliyyat xidməti təqdim edir. Avtobuslarımız mütamadi olaraq texniki baxışdan keçirilir və təhlükəsizlik standartlarına uyğun şəkildə təchiz olunur.
Təcrübəli və məsuliyyətli sürücülərimiz şagirdlərimizin nəqliyyat vasitəsində rahatlığını və təhlükəsizliyini təmin edir. Komfortlu və geniş avtobuslar şəhərin müxtəlif bölgələrini əhatə edən marşrutlarla fəaliyyət göstərir, bu da valideynlər üçün maksimum rahatlıq yaradır.
Evrika Liseyi olaraq şagirdlərin təhlükəsizliyi və valideynlərin məmnuniyyəti hər zaman bizim əsas prioritetimizdir.