​Psixoloji Xidmət
Evrika liseyi yalnız akademik biliklərin mənimsənilməsi deyil, həm də şagirdlərin hərtərəfli inkişafını təmin edən bir təhsil mühiti yaratmağa önəm verir. Bu məqsədlə, məktəbimizdə psixoloji xidmətlər - Psixodiaqnostika, Psixoproflaktika, Psixokorreksiya, Psixomaarifləndirmə və Psixoloji konsultasiya işləri aparılır. 

Evrika liseyində psixoloji xidmətlərin təşkilində əsas məqsəd, şagirdlərimizin emosional və sosial sağlamlıqlarını qorumaqla yanaşı onların məktəb həyatına inteqrasiyasını asanlaşdırmaq və akademik nailiyyətlərini artırmaqdır. Psixoloji xidmətlərimiz şagirdlərin motivasiyasını artırmaq, özünə inamlarını gücləndirmək və akademik stresslə mübarizə aparmalarına kömək edir. 

Liseyimizdə psixoloji xidmətlər şagirdlərimizin hərtərəfli inkişafını təmin etmək, onları gələcəyə hazırlamaq və həyatın çətinlikləri ilə başa çıxmalarına kömək etmək üçün vacib bir vasitədir. Bizim əsas hədəfimiz, hər bir şagirdin psixoloji rifahını ön planda tutaraq, onları daha müsbət, güclü və uğurlu gələcəyə istiqamətləndirməkdir.