Liseyimizdə ibtidai təhsil 6 yaşdan başlayır və birinci sinifdən dördüncü sinfə qədər olan dövrü əhatə edir.
İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablamaq bacarığını, məntiqi təfəkkür elementlərini inkişaf etdirmək, onlarda insan, cəmiyyət, təbiət haqqında ilkin həyati bilikləri, estetik və bədii zövqü formalaşdırmaq, vətənpərvərlik və vətənə sevgi ruhunda tərbiyə etməkdir.
Liseyimizdə ibtidai təhsil qismən intensivləşdirilməklə müvafiq təhsil proqramı əsasında həyata keçirilir.
İbtidai sinif müəllimləri öz işlərində müasir innovativ metodlardan istifadə edirlər.