Evrika liseyinin 5-6 yaşlı uşaqlar üçün hazırladığı məktəbə hazırlıq proqramı, müasir təhsil tələblərinə cavab verən və uşaqların fərdi inkişafını tam dəstəkləyən yanaşmalarla zəngindir. Bizim proqram həm akademik, həm də sosial-emosional inkişafı nəzərə alır. Uşaqlar burada yalnız oxumaq və yazmağı öyrənmir, onlar eyni zamanda özünəinam qazanır, tədqiqat bacarıqlarını inkişaf etdirir, yaradıcılıqlarını ifadə edirlər.
Tədris prosesində dövlət təhsil proqramı ilə yanaşı Montessori və Reggio Emilia kimi alternativ təlim üsullarının fərdi təlim yanaşmalarını həyatı bacarıqlarını və fəlsəfəsini tətbiq etməklə yanaşı, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) proqramları vasitəsilə onların təbiətə marağını və kəşfiyyat ruhunu inkişaf etdiririk. Proqramımız oyun əsaslı öyrənməyə əsaslanaraq uşaqların həyatı oyunlarla kəşf etməsinə imkan yaratmış oluruq.
Uşağınızın təhsil həyatına inamla, maraq dolu, yaradıcı və ən əsası ÖZÜ olan bir fərd kimi başlanğıc etməsi üçün xüsusi təhsil mühiti yaradırıq.