Qəbul Prosesi
Valideynlər və şagirdlər aşağıdakı mərhələləri izləyərək qəbul prosesini tamamlaya bilərlər: 

1. Ərizə Formasının Doldurulması
Liseyimizə yaxınlaşaraq ərizə formasını doldurmaq lazımdır. Bu, qeydiyyat prosesinin ilk addımıdır.

2. İmtahanda İştirak 
Qəbul üçün şagirdlərin liseydə keçiriləcək imtahanda iştirak etməsi tələb olunur. Bu imtahan şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün təşkil edilir.

3. Sənədlərin Təqdim Edilməsi 
İmtahan nəticələri elan edildikdən sonra valideynlərdən zəruri sənədləri təqdim etmək tələb olunur.             

4. Təhsil Haqqının Ödənilməsi
Təhsil haqqını tam və ya yarım illik şəkildə ödəmək imkanı vardır. 

5. Təhsil müqaviləsi 
Qarşılıqlı razılaşma əsasında təhsil müqaviləsinin bağlanması. 

Liseyimiz haqqında daha ətraflı məlumat almaq və qəbul prosesinə kömək üçün həftə içi saat 09:00-dan 16:00-a qədər liseyə yaxınlaşa və ya aşağıdakı nömrələrə zəng edə bilərsiniz:   

070 777 04 04            
012 525 10 10          
050 272 88 44 

Gəlin, gələcəyin liderlərini birlikdə yetişdirək!