Evrika Liseyi XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdi!
Evrika Liseyi 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan XI Bakı Beynəlxalq Kitab Sərgisində uğurla iştirak etdi. Sərgi ölkəmizin ən genişmiqyaslı mədəni-mərifət tədbirlərindən biri kimi minlərlə ziyarətçini, yerli və xarici nəşriyyatları, təhsil müəssisələrini və kitabsevərləri bir araya gətirdi.
Sərgi müddətində Evrika Liseyinin stendi ziyarətçilərin böyük marağına səbəb oldu. Biz Evrikanı ən gözəl şəkildə təmsil edərək həm STEAM layihələrimizi ziyarətçilərə təqdim etdik, həm də liseyin yüksək təhsil keyfiyyətini nümayiş etdirdik.
Tədbir çərçivəsində stendimizdə:
- müxtəlif sahələr üzrə master-klaslar,
- müəllim və mütəxəssislərlə maarifləndirici görüşlər,
- uşaqlar və ailələr üçün sürprizlər və hədiyyələr təqdim olundu.
Evrika Liseyi kitab və təhsil dünyasının bu möhtəşəm tədbirində iştirak edərək innovativ yanaşmalarını, güclü tədris modelini və yaradıcılıq yönümlü təhsil fəlsəfəsini geniş auditoriyaya çatdırdı.
